Xəbərdarlıq: “IBM”in məhsulu “Instana”da kritik boşluq aşkar edilib
Bakı, 15 mart, AZƏRTAC
“IBM”in məhsulu olan “Instana”da kritik boşluq (CVE-2023-27290) aşkar edilib.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, boşluğun müvəffəqiyyətlə istismarı məlumat bazasına şəbəkə girişi olan kiberdələduza oxumaq və ya yazmaq imtiyazları əldə etməyə imkan verir.
Bu boşluq “Instana” “239-0 - 239-2”, “241-0- 241-2”, “243-0”a qədər olan “IBM Observability” versiyalarında aşkarlanıb.
Qeyd olunub ki, təsirə məruz qalan versiyaların istifadəçi və administratorlarına dərhal ən son versiya ilə yenilənməsi tövsiyə edilir.
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində çalışır
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər
8574 IMEI koda “klon” statusu verilib
“Samsung” istifadəçilərinin nəzərinə: mobil telefonunuzdakı fərdi məlumatlarınız ələ keçə bilər