×
A
A
A
Sazlamalar

Uşaqlar üçün tamaşa -“Balaca və damda yaşayan Karlson”

Bakı, 11 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində balaca tamaşaçılar üçün hazırlanmış Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Tatyana Şevçenko olan səhnə əsəri uydurulmuş hadisə, alleqorik janrdadır.
Qeyd edək ki, balaca oğlan öz xəyal dünyasında dostluq etmək istədiyi bir xeyirxah sorağındadır. Bu, damda yaşayan Karlson olur. Onun Karlsonla dostluğuna kimsə inanmır. Anası, bacısı onu xəyalpərvər sayırlar. Lakin nəticədə Karlson onların da gözünə görünür. Başa düşürlər ki, balaca düzdanışan, kimsəni aldatmayan, xeyirli işlərlə məşğul olmağa çalışan bir uşaqdır. Elə tamaşanın qayəsi də bu fikrə köklənir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Teatr və kino 2023-03-11 14:00:43