×
A
A
A
Sazlamalar

Əməkdar artist: Çox sevincli və qürurluyam ki, Azərbaycan teatrına xidmət edirəm

Bakı, 10 mart, Emil Məlikov, AZƏRTAC
Çox şadam ki, bu gün burada Azərbaycan teatrının yaranmasının 150 illiyik yubileyinə həsr olunmuş tədbirdə iştirak edirəm. Hətta burada Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə də təltif olundum. Çox sevincli və qürurluyam ki, Azərbaycan teatrına xidmət edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.
“Azərbaycan Teatrının yeni zirvələrə qalxacağına, bundan da böyük uğurlara imza atacağına inanıram. Milli teatrımız çox qədim tarixə malikdir və tarix boyu teatrlarımızın səhnələrində çox müqtədir sənətkarlar yetişibdir. Biz bu sənətin sirlərini korifey sənətkarlardan öyrənmişik. Bu proses bu gün də davam etməkdədir. Ümummilli Lider Heydər Əliyev hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı göstərib. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - deyə Y.Muradov bildirib.

Teatr və kino 2023-03-10 19:23:00