×
A
A
A
Sazlamalar

Xalq artisti Hacı İsmayılov: Azərbaycan teatrının uğurları hələ qarşıdadır

Bakı, 10 mart, Emil Məlikov, AZƏRTAC

Bildiyiniz kimi bu gün Azərbaycanda 10 Mart - Milli Teatr Günüdür. Bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqı adından Azərbaycanda fəaliyyət göstərən bütün teatr kollektivlərini səmimi qəlbdən təbrik edirəm və davamlı yaradıcılıq uğurları arzulayıram. Bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov deyib.
“Ulu Öndər Heydər Əliyev hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 150 illik yubileyini qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq”, -deyə Xalq artisti vurğulayıb.

Teatr və kino 2023-03-10 16:32:21