×
A
A
A
Sazlamalar

Dünyaşöhrətli amerikalı biznesmen İlon Mask haqqında film çəkiləcək

Bakı, 9 mart, AZƏRTAC

“Taxi to the dark side” adlı sənədli filminə görə “Oskar” mükafatı laureatı və onlarla yüksək səviyyəli filmlərin müəllifi kimi tanınan amerikalı rejissor Aleks Gibni məşhur sahibkar, multimilyarder İlon Mask haqqında film çəkəcək.
AZƏRTAC deadline.com saytına istinadla xəbər verir ki, filmdə “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin direktoru İlon Maskdan bəhs ediləcək.
Sənədli film “Jigsaw Productions” tərəfindən “Closer Media”, “Anonymous Content” və “Double Agent”lə müştərək istehsal olunacaq. Layihənin prodüserləri Cessi Diter, Steysi Offman və Riçard Perellodur.
“Mən bir müddətdir ki, bu film üzərində işləyirəm və bundan çox həyəcanlanıram. Mənimlə işləyən bu qeyri-adi qrupa heyranam", -deyə rejissor A.Gibni bildirib.
Qeyd edək ki, rejissor Aleks Gibni həmçinin Mixail Xodorkovski haqqında “Vətəndaş X”, “Apple” şirkətinin yaradıcısı haqqında “Stiv Cobs: maşındakı adam”, velosipedçi Lens Armstronq haqqında “Armstronqun yalanı” kimi sənədli filmlər çəkib.

 

Teatr və kino 2023-03-09 14:16:50