Qəbələdə indiyədək 3 min hektardan çox taxıl sahəsinə yemləmə gübrəsi verilib
Qəbələ, 9 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 13 min 829 hektarı buğda, 5 min 698 hektarı arpa olmaqla, 19 min 527 hektar sahədə dən bitkilərinin səpini həyata keçirilib. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb. Hazırda taxıl sahələrində fitosanitar müşahidə və kompleks tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, taxıl sahələrinin 19 min 77 hektarında bitiş normaldır. Cücərməsi nisbətən zəif olan 450 hektar sahədə isə hazırda kompleks tədbirlər həyata keçirilir. Ümumiyyətlə, torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 3 min 150 hektar taxıl sahəsinə yemləmə gübrəsi (azot, karbamid) verilib və 561 hektar sahə suvarılıb. Hazırda gübrələmə və suvarma işləri davam etdirilir.
Sektor müdiri bildirib ki, rayonun təsərrüfatlarında tütün əkininə də hazırlıq işləri görülür. Bu il rayonda 20 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Qəbələli fermerlər ötən il olduğu kimi, cari mövsümdə də əsasən yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib
İmişlinin gilas bağlarında bol məhsul yetişib, fermerlər xarici bazara çıxış yolları axtarırlar
Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib
Taxıl biçini: Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir
Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb VİDEO