×
A
A
A
Sazlamalar

Azər Paşa Nemətov: Milli Teatrın 150 illiyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir

Bakı, 9 mart, AZƏRTAC
Milli Teatrımızın 150 illik yubileyinin qeyd olunması böyük mədəniyyət hadisəsidir. Mən öz adımdan, teatr xadimləri adından bu böyük tarixi qeyd etmək üçün Sərəncam imzaladığına görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm. Hamımız bu Sərəncamı böyük sevinclə qarşıladıq. Əlbəttə, Sərəncamda göstərilən kimi teatrımızın 150 illik yubileyi uğurla qeyd olunacaq, gözəl hadisələrlə yadda qalacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov söyləyib.
“Azərbaycan teatrı ağır, amma şərəfli yol keçib. Bu yolda itkilərimiz də çox olub, uğurlarımız da. Əsas odur, teatr sənəti bu gün yaşayır, uğurla inkişaf edir. Gənclərə həmişə qayğı göstərilir. Azərbaycan teatrının gələcəyi əmin əllərdə olacaq. Çünki dövlətimiz bu sahəyə həmişə diqqət və qayğı göstərib. Bu qayğı, bu uğurlar təkcə hazırlanan tamaşalarla olmayıb. Biz Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət-qayğısını həmişə hiss etmişik. Məsələn, aktyorlara, rejissorlara fəxri adlar verilib, onlara təqaüd ayrılıb, onlar mənzillə təmin olunublar. Bu qayğı, teatra bu böyük məhəbbət Ulu Öndər Heydər Əliyevin unudulmaz mirasıdır ki, bu gün də davam edir”, -deyə Xalq artisti bildirib.

Teatr və kino 2023-03-09 10:41:35