×
A
A
A
Sazlamalar

Neftçalada 1495 hektar sahədə əkin aparılıb

Neftçala, 7 mart, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayonunun təsərrüfatlarında yazlıq əkin işləri davam edir. Fermerlər əlverişli hava şəraitindən yararlanaraq tarla işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, indiyədək 1495,2 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin payızlıq və yazlıq olmaqla, 1251,5 hektarını yonca, 102,6 hektarını kartof, 31,1 hektarını tərəvəz, 110 hektar vələmir təşkil edib. Əkin prosesi davam edir.

 

Kənd təsərrüfatı 2023-03-07 10:29:41