×
A
A
A
Sazlamalar

Füzuli teatrında “Molla Nəsrəddin” tamaşasına ictimai baxış

Bakı, 4 mart, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuar planı üzrə səhnələşdirilən Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşasına ictimai baxış olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə zəngin səhnə əsərində maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Rolları Sehran Xanlarov, Asif Şirinov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Məmmədov, Emin Abışov, Vüqar Babayev, Vüsal Həsənov və başqaları canlandırıblar.

 

Teatr və kino 2023-03-04 11:09:44