×
A
A
A
Sazlamalar

Bu zərərverici bitkiçiliyə ciddi ziyan vura bilər

Qax 1 mart, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun yaşayış məntəqələrində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığın aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədi ilə yerli əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzinin rəisi Hikmət Hafizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə qəhvəyi mərmər bağacığı ilə əlaqədar monitorinqlərə 65 könüllü vətəndaş, baytarlıq xidmətinin 24 sosial işçisi, həmçinin mərkəzin, kənd inzibati ərazi dairələrinin və bələdiyyələrin mütəxəssisləri cəlb olunublar.
Maarifləndirmə tədbirlərində iştirak edən könüllülərə, mütəxəssislərə əvvəlcədən müvafiq təlimlər keçirilib. Fevralın ortalarından indiyədək rayon üzrə yaşayış olan 12175 evdən 6622-də monitorinq aparılıb və hazırda davam etdirilir. Monitorinqlər rayonun bütün ərazisini əhatə edəcək.
Monitorinqlər zamanı həm əhali maarifləndirilir, eyni zamanda, hazırda qışlama mərhələsində olan, qışlamasını yaşayış evlərində, evlərin damlarında, digər tikililərdə, zirzəmilərdə quru və qaranlıq yerlərdə keçirən qəhvəyi mərmər bağacığı aşkar edildikdə, mexaniki yolla zərərsizləşdirilir.
Mərkəzin rəisi bildirib ki, kənd təsərrüfatı üçün zərərverici olan qəhvəyi mərmər bağacığı bitkiçiliyə ciddi ziyan vurur. Ona görə də, təsərrüfat subyektlərinə tövsiyə olunur ki, yaşayış yerlərində, əkin sahələrində, bağlarda bu zərərvericiyə rast gəldikdə, mütləq Agentliyin yerli qurumlarına məlumat versinlər.

Kənd təsərrüfatı 2023-03-01 16:25:44