×
A
A
A
Sazlamalar

Oğuzda tütün əkən 13 fermerlə müqavilə bağlanılıb

Oğuz, 28 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 150 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütün əkini ilə əlaqədar 13 fermerlə müqavilə bağlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə “Azərtütün” ASC tərəfindən 66 hektar, “Azəri” Korporasiyası tərəfindən 74 hektar, fiziki şəxslər tərəfindən isə 10 hektar sahədə tütün əkilməsi planlaşdırılır.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 67 hektar sahədən 196,3 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2023-02-28 20:22:00