×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,9 olub

Bakı, 25 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 103,9 faiz, heyvandarlıq məhsulları üzrə 102 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar ayında ötən ayla müqayisədə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 104,9 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymət indeksi isə 100,9 faiz olub.

Kənd təsərrüfatı 2023-02-25 12:09:00