Tədris Cərrahiyyə Klinikasında 78 yaşlı pasiyent üzərində perkutan nefrolitotripsiya əməliyyatı aparılıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 78 yaşlı pasiyent üzərində perkutan nefrolitotripsiya əməliyyatı aparılıb və böyrək mövcud daşlardan təmizlənib.
AZƏRTAC ATU-a istinadla bildirir ki, əməliyyat icbari sığorta sistemi ilə ödənişsiz həyata keçirilib.
ATU-nun Urologiya kafedrasının baş laborantı Məmməd Məmmədovun sözlərinə görə, xəstə sağ bel nahiyəsində ağrı, ürəkbulanma, qusma və 39 dərəcə qızdırma şikayətləri ilə klinikaya müraciət edib. Məlum olub ki, bir ay öncə pasiyentin böyrəyinə stend taxılıb. Müayinə zamanı onun sağ böyrəyinin ləyənində ölçüsü 3 santimetr civarında olan mərcanvari daş aşkarlanıb. Əməliyyat vasitəsilə böyrək daşlarının çıxarılmasına qərar verilib və bir saata qədər davam edən əməliyyat nəticəsində xəstə daşlardan azad olunub.
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır