Ötən il Beyləqanda 160 milyon 892 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub
Beyləqan, 20 fevral, AZƏRTAC
Ötən il Beyləqan rayonunda 160 milyon 892,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bunun 75 milyon 502 min manatı heyvandarlığın, 85 milyon 390,8 min manatı isə bitkiçiliyin payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Beyləqan Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin məhsulu üçün rayon ərazisində 48 min 547,3 hektar sahədə əkin aparılıb. 57 min 422,5 ton payızlıq dənlilər və paxlalılar, o cümlədən 43 min 658,1 ton buğda, 5852 ton arpa, 942,2 ton paxlalılar, 6970,2 ton dən qarğıdalı, 28 min 880,1 ton pambıq, 16 min 816,4 ton şəkər çuğunduru, 3845 ton kartof, 35 min 519 ton tərəvəz, 7184 ton bostan məhsulları, 7692,1 ton meyvə və giləmeyvə, 2520 ton üzüm istehsal olunub.
Son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər, həmçinin xarici dövlətlərdən cins mal-qaranın gətirilməsi, süni mayalama məntəqələrinin, süd qəbulu və emalı müəssisələrinin yaradılması məhsul istehsalına müsbət təsirini göstərib. Ötən il rayonda diri çəkidə 8047,4 ton ət, 39 min 924,7 ton süd, 22.395 min ədəd yumurta, 600,9 ton yun istehsal edilib. İri-buynuzlu mal-qaranın baş sayı 59 min 766 başa, o cümlədən inək və ana camışların sayı 28 min 430 başa, qoyun və keçilərin sayı 303 min 447 başa, quşların sayı 494 min 840 başa çatıb.
Rayonda kənd təsərrüfatına xidmət edən təşkilatların da əhatəsi genişlənməkdədir. Belə ki, hazırda kənd təsərrüfatına 16 sudan istifadə birliyi, 1 toxumçuluq müəssisəsi, 14 süd qəbulu müəssisəsi, 9 süni mayalama məntəqəsi, 2 pambıqtəmizləmə zavodu, 1 xam pambıq qəbulu məntəqəsi və 1 aqroservis təşkilatı xidmət göstərir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb