×
A
A
A
Sazlamalar

“Atam, anam, qardaşım, mən və Stalin” tamaşasının premyerası olub

Bakı, 18 fevral, AZƏRTAC

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Atam, anam, qardaşım, mən və Stalin" tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində təqdim olunan tamaşa tənqidçi, ədəbiyyatşünas Azər Turanın eyniadlı dramı əsasında ərsəyə gətirilib.
Dahi şair-dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir. Rolları Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.
Tamaşada Cavidlər ailəsinin - Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrul Cavid və Turan Cavidin - Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs olunur.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.



Teatr və kino 2023-02-18 12:36:07