Qaxda taxıl sahələrinə yemləmə gübrəsi verilir
Qax, 18 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Bir neçə gündür təsərrüfatlarda taxıl sahələrinə yemləmə gübrələrinin (azot, karbamid) verilməsinə başlanılıb. Fermerlər qısa müddətdə 90 hektaradək sahəyə yemləmə gübrəsi veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir.
Xatırladaq ki, ötən ilin payızında rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 13 min 322 hektar sahəyə taxıl əkilib. Taxıl əkinlərinin 9 min 252 hektarını buğda, 4 min 70 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 83,5 hektar artıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb