Fevralın 17-də Azərbaycanda COVID-19 əleyhinə 215 doza vaksin vurulub
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 215 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 59, ikinci doza vaksinlərin sayı 57, üç və daha çox doza vaksinlərin sayı 75, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 946 min 633, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 505, ikinci mərhələ üzrə 4 milyon 878 min 294, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 355, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 479-dur.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 63 doza vaksin vurulub
İyunun 7-də Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Gələn il ölkəmizdə Göz Bankı yaradılacaq
TƏBİB tərəfindən ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
Bəzi həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur