ATU-da ilk təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq
Bakı, 17 fevral, AZƏRTAC
Bu il Azərbaycan Tibb Universitetində (ATU) ölkənin ilk təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq. Proqramın kurikulumunun hazırlanması üçün USAID/Azerbaijanın dəstəyi ilə keçirilən 3 günlük seminar yekunlaşıb.
AZƏRTAC ATU-a istinadla bildirir ki, seminarda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri, ATU-nun müxtəlif kafedralarından rəhbər nümayəndələr və təcili tibbi yardım xidmətləri üzrə seçilən həkim qrupunun üzvlərindən ibarət 33 ekspert 4 işçi qrupu tərkibində bacarıq əsaslı kurikulumun yaradılması üçün müzakirə aparılıb. Proqram ambulans və xəstəxanalarda yüksək səviyyəli təcili tibbi yardım üçün gərəkli insan resurslarını gücləndirməyə xidmət edəcək.
Qeyd edilib ki, seminar USAID-in maliyyə dəstəyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ATU-nun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində olub. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri kimi təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək olmağa davam ediləcək.
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır