Fevralın 14-də Azərbaycanda COVID-19 əleyhinə 287 doza vaksin vurulub
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 287 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 95, ikinci doza vaksinlərin sayı 92, üç və daha çox doza vaksinlərin sayı 89, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 750, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 219, ikinci mərhələ üzrə 4 milyon 878 min 64, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 41, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 426-dır.
Azərbaycanda hemofiliyadan əlillik hallarının azalmasına nail olunub
Ailə 15 ildən sonra əkiz övlad sahibi olub
Şəhid və qazi övladları üçün ödənişsiz tibbi aksiya keçirilir
TƏBİB: 2022-2023-cü illər ərzində 2 milyon 457 min 588 uşağa tibbi xidmət göstərilib