×
A
A
A
Sazlamalar

“Don Kixot” baleti yenidən Opera və Balet Teatrının səhnəsində

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 11-də Akademik Opera və Balet Teatrında görkəmli avstriyalı bəstəkar Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baletinin nümayişi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, əsas rolları teatrın aparıcı solistləri Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubatov və Emil Əzizov ifa edəcəklər.
Libretto müəllifi Marius Petipa olan balet Orxan Həşimov tərəfindən idarə olunacaq.
Don Kixotun otağında xidmətçiləri hesab edirlər ki, ağaları cəngavər romanlarını çox oxuduğundan ağlını itirib. Don Kixot otağa daxil olur. O həmişəki kimi cəngavər romanı oxuyur və qəhrəmanların halına acıyır...
Məşhur romandan ilhamlanaraq ərsəyə gələn bu balet şənbə günü üçün əvəzolunmaz istirahətə çevriləcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Teatr və kino 2023-02-09 12:42:32