×
A
A
A
Sazlamalar

Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub

Bakı, 7 fevral, AZƏRTAC
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ad günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Kino Məktəbinin təntənəli buraxılış gecəsi keçirilib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, 13 tələbəyə ( rejissor, ssenarist, animasiya rejissoru kursları üzrə) diplomlar təqdim olunub.
Diplomları Azərbaycan Kinematoqrafçılar İttifaqın sədri Rasim Balayev, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, Məktəbin rəhbəri Oleq Səfərəliyev təqdim ediblər.

 

Teatr və kino 2023-02-07 10:20:54