Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 22 yoluxma faktı qeydə alınıb
Bakı, 4 fevral, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 64 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 792 nəfər müalicə olunaraq sağalıb, 10 min 95 nəfər vəfat edib. Aktiv xəstə sayı 177 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1485, bu günə qədər isə ümumilikdə 7 milyon 494 min 700 test icra olunub.
Aprelin 1-də Azərbaycanda COVID-19 əleyhinə 440 doza vaksin vurulub
Aprelin 1-də Azərbaycanda COVID-19 infeksiyasına 75 yoluxma faktı qeydə alınıb
Autizmli uşaqlarda hiperaktivlik yaz və payız aylarında artır
Ağrıkəsicilərin istifadəsi orqanizmə zərər vurur
Odenoidin vaxtında aşkarlanması yarana biləcək bir sıra problemlərin qarşısını alır