×
A
A
A
Sazlamalar

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 367 gənc fəaliyyət göstərir

Bakı, 2 fevral, AZƏRTAC

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 367 (13 454-ü qadın, 3 913-ü kişi cinsi olmaqla) gənc fəaliyyət göstərir. Onlardan 2 167-si həkim, 6 950-si orta tibb heyəti, 2 209-u kiçik tibb heyəti, 6 041-i isə digər heyətə daxildir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı TƏBİB 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə açıqlayıb.

Səhiyyə 2023-02-02 10:30:00