×
A
A
A
Sazlamalar

Salyanda 20 min hektardan çox sahədə şum aparılıb

Salyan, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən şum işləri davam etdirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin əkinləri üçün 20 min 827 hektar sahədə şum aparılıb, 16 min 929 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Payızlıq səpinlərin 50 hektarını xəsil, 8 min 223 hektarını dən üçün buğda, 8 min 656 hektarını dən üçün arpa təşkil edib. Rayonda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatıb.

Kənd təsərrüfatı 2023-01-31 14:55:13