Yanvarın 28-də Azərbaycanda COVID-19 əleyhinə 353 doza vaksin vurulub
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 353 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 122, ikinci doza vaksinlərin sayı 34, üç və daha çox doza vaksinlərin sayı 173, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 883, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 73, ikinci mərhələ üzrə 4 milyon 876 min 873, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 733, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 204-dür.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb
ÜST vərəm xəstəliyi ilə mübarizədə qabaqcıl təşəbbüsünü genişləndirir
Hansı ürək-damar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?
USAID və ÜST təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılmasını dəstəkləməyə davam edir