ÜST: Ötən həftə COVID-19 səbəbindən 40 min ölüm halı qeydə alınıb
Bakı, 28 yanvar, AZƏRTAC
Çində məhdudiyyətlərin aradan qaldırılması dünyanın ən böyük əhalisi olan bu ölkədə ölüm hallarında kəskin artıma səbəb olub. Ötən həftə ÜST-yə 40 minə yaxın ölüm halı ilə bağlı məlumatlar daxil olub, onlardan yarısından çoxu Çinlə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin COVID-19-la bağlı Fövqəladə Hallar Komitəsinin iclasında bildirib.
Baş direktor vurğulayıb ki, pandemiyaya qlobal reaksiya, bir çox ölkədə müalicə və diaqnostikanın onlara ən çox ehtiyacı olanlar, xüsusən də yaşlılar və səhiyyə işçiləri üçün əlçatan olmaması səbəbindən çətinləşir. Bundan əlavə, epidemiya vəziyyətinə qlobal nəzarət və koronavirus genomunun sekvenləşdirilməsi azalıb, bu da koronavirusun məlum variantlarının izlənməsi və yenilərinin aşkar edilməsini çətinləşdirir.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada COVID-19 infeksiyasına 25 yoluxma qeydə alınıb
ÜST vərəm xəstəliyi ilə mübarizədə qabaqcıl təşəbbüsünü genişləndirir
Hansı ürək-damar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?
USAID və ÜST təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılmasını dəstəkləməyə davam edir