×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 902, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 105, ikinci mərhələ üzrə 4 milyon 876 min 635, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 071, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 91-dir.

 

Səhiyyə 2023-01-23 19:51:00