×
A
A
A
Sazlamalar

® “CityNet” yeni internet saytını istifadəyə verib

Abunəçilərinə təqdim etdiyi yüksəksürətli internet və keyfiyyətli TV xidməti ilə daim fərqlənən “CityNet” internet provayderi yeni rəsmi internet saytını istifadəyə verib.

“CityNet”in yeni internet saytı müasir dizaynı, funksionallığı, asan naviqasiyanı, eləcə də sayt vasitəsilə xidmətlərə görə onlayn ödəniş sistemini özündə cəmləşdirir. Daim abunəçilərinin rahatlığını düşünən “CityNet” yeni internet saytı üzərindən xidmətlərə asanlıqla qoşulmaq üçün müraciət imkanını da təqdim edir. Müraciət üçün hər hansı sənədə ehtiyac yoxdur.
Yeni internet saytında istifadəçilər şirkətin xidmətlərini, tariflərini və son xəbərləri asanlıqla izləyə bilər, həmçinin onları maraqlandıran müxtəlif suallara “Suallar” bölməsindən rahatlıqla cavab tapa bilərlər.
“CityNet” yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq mümkündür. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb-saytından və ya müştəri xidmətlərinə müraciət etməklə yoxlamaq olar. Ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid vasitəsilə əldə etmək mümkündür.

İKT 2023-01-23 13:29:00