×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda neçə nəfər koronavirusa yoluxdu?

Bakı, 21 yanvar, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 237 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 333 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 68, bu günə qədər isə ümumilikdə 7 milyon 469 min 502 test icra olunub.

Səhiyyə 2023-01-21 16:40:00