×
A
A
A
Sazlamalar

Yanvarın 20-də Azərbaycanda COVID-19 əleyhinə 474 doza vaksin vurulub

Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 474 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 215, ikinci doza vaksinlərin sayı 98, üç və daha çox doza vaksinlərin sayı 131, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 30-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 457, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 834, ikinci mərhələ üzrə 4 milyon 876 min 581, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 980, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 62-dir.

Səhiyyə 2023-01-20 16:46:00