Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 312 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 42, üç və daha çox doza vaksinlərin sayı 103, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 937 min 797, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 97, ikinci mərhələ üzrə 4 milyon 876 min 296, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 463, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 941-dir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
Görmə qabiliyyəti məhdud olan şəxslər tibb müəssisələrində işlə təmin olunub
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır