×
A
A
A
Sazlamalar

"Çeburaşka” yerli sıralamada ilk pilləyə yüksələrək rekorda imza atıb

Bakı, 11 yanvar, AZƏRTAC
Rusiyanın “Soyuzmultfilm” studiyasının istehsal etdiyi “Çeburaşka” filmi son rəqibi olan “Kölə” komediyasını geridə qoyaraq yerli prokatda ən çox gəlir gətirən film kimi rekorda imza atdı.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, son nəticəyə görə, “Çeburaşka” gəlir hesabını 3,085 milyard rubla çatdıraraq, bütün rəqiblərini üstələyə bilib.
Maraqlıdır ki, belə bir fenomenal nəticə əldə etmək üçün rejissor Dmitri Dyaçenkonun “Çeburaşka” nağıl filminə cəmi 10 gün vaxt lazım olub. Bu cür sürətli gedişatla güman edilir ki, yaxın gələcəkdə ekran əsəri yerli kassada digər xarici film layihələrini, o cümlədən “Avatar” filmini də üstələyə bilər.

Teatr və kino 2023-01-11 16:41:08