TƏBİB: Hava şəraiti ilə əlaqədar Bakıda Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub
Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub
Bakı, 10 yanvar, AZƏRTAC
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbindən TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəsarət alanlardan 48-i (28-i qadın, 20-si kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. Bir nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.
Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında olan vətəndaşlardır.
Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar