×
A
A
A
Sazlamalar

Yanvarın 9-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 174, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 628, ikinci mərhələ üzrə 4 milyon 875 min 946, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 811, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 789-dur.

Səhiyyə 2023-01-09 17:02:00