Paytaxtda bayram günü tibb müəssisələrinə 2660 çağırış daxil olub
Bakı, 1 yanvar, AZƏRTAC
Bakıda bayram günü tibb müəssisələrinə 2660 çağırış daxil olub, onlardan 238 nəfəri xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ötən gün gücləndirilmiş iş rejimində xidmət göstərib. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir.
Qeyd olunub ki, bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb: "2022-ci il dekabrın 30-da ümumi çağırışların sayı 2477, hospital olunanların sayı 233, dekabrın 31-də isə ümumi çağırış sayı 2660, hospital olunanların sayı 238 olub. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və digər səbəblərlə bağlı olub. Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır".
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək