Nazir: Dünyanın 100 ən yaxşı dərman istehsalçısından 60 şirkətin məhsulları ölkəmizə idxal olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Son 10 ildə Azərbaycanda 10 min 830 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb.
AZƏRTAC xəbər verir ki, bunu “Milli Məclis” Analitik İnformasiya jurnalına müsahibəsində səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, 2017-2022-ci illər ərzində dünyanın 100 ən yaxşı dərman istehsalçısından 60 şirkətin məhsulları ölkəmizə idxal olunub. Hər bir dərman vasitəsi tədqiqat, inkişaf, istehsal, keyfiyyətə nəzarət, qeydiyyat, idxal, daşınma, saxlanma, satış və farmakonəzarət kimi mərhələlərdən keçir. Azərbaycan Respublikasında dövriyyədə olan dərman vasitələri də bu mərhələləri keçərək pasiyentlərə çatır. Səhiyyə Nazirliyi bütün prosesə dövlət nəzarətini müvafiq qanunvericiliyə əsasən həyata keçirir. Proses özündə dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətini, həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətləri zamanı ortaya çıxan problemlərin tənzimlənməsini ehtiva edir ki, yekun hədəf əhalinin keyfiyyətli, effektiv və təhlükəsiz dərman və tibb vasitələri ilə təminatıdır.
Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıt xəstəxanasına təxliyə olunublar - TƏBİB
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
Son sutkada COVID-19 infeksiyasına 8 yeni yoluxma qeydə alınıb