×
A
A
A
Sazlamalar

® “Azercell”in dəstəyi ilə müəllimlər fundamental proqramlaşdırma təlimləri keçib

İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təşkil olunan təkmilləşdirmə dərsləri yekunlaşıb

Bir müddət öncə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri yekunlaşıb. Layihəyə qoşulan ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə ediblər. Belə ki, imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində fundamental proqramlaşdırma mövzuları izah olunub və 150-yə yaxın alqoritmik məsələ həll edilib. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatələyib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.

Son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam edir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında bu fənn üzrə olimpiada proqramının mənimsənilməsinə tələbat yaradır. 2017-ci ildən etibarən “Azercell” şirkəti Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olaraq məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təlim proqramlarının nəticəsində gənc istedadlar ölkəmizi layiqincə təmsil edir, yarışlardan qalibiyyətlə qayıdırlar.

İKT 2022-12-29 17:01:00