×
A
A
A
Sazlamalar

Amerikalı məşhur rejissorun filmi Bakıda göstəriləcək

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 22-də “Artım” layihə məkanında amerikalı məşhur rejissor Devid Linçin “Göy məxmər” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, “SAFEZONE” qrup sərgisi çərçivəsində göstəriləcək film ingilis dilində Azərbaycan subtitrləri ilə təqdim ediləcək.
Tələbə Ceff atasının insult keçirdiyini eşidərək, doğma Lumberton şəhərinə qayıdır. Xəstəxanadan evə gedərkən Ceff boş bir ərazidə kəsilmiş insan qulağı tapır. O, polis bölməsinə yollanaraq, bu barədə xəbər verir. Bölmədə uşaqlıq dostu, polis zabitinin qızı Sendi ilə də rastlaşır və ondan öyrənir ki, ilk baxışdan sakit, təhlükəsiz görünən şəhərdə gizli cinayətkar dəstə fəaliyyət göstərir. O, Ceffə deyir ki, launc-müğənnisi Doroti Vallensin həmin cinayətlə əlaqəsi ola bilər. Ceff öz araşdırmasına başlayır. Araşdırmanın izləri gözəl, müəmmalı qadın Dorotiyə və onun sevgilisi olan narkotik ticarətçisinə gedib çıxır.
Müddəti 120 dəqiqə olan ekran əsərinə hər kəsin baxa bilmək imkanı olacaq.

Teatr və kino 2022-12-19 11:21:00