×
A
A
A
Sazlamalar

“CinemaPlus”da premyera - “Xatırlamaq”

Bakı, 10 dekabr, AZƏRTAC

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Cənubi Koreya istehsalı olan “Xatırlamaq” filmi nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, dram, triller janrında çəkilən filmin rejissoru Li İl-xyondur.
Altsheymer xəstəsi olan 80 yaşlı kişinin barmaqlarına döymə adlar vurulub. Bunlar Yapon işğalı zamanı ailəsinin ölümündə günahkar hesab etdiyi adamların adlarıdır. Onun məqsədi gənc dostu ilə birlikdə günahkarları bir-bir öldürərək, qisas almaqdır.
Rolları Li Son-in, Nam Cu-xyok, Çon Man-şik və başqaları canlandırır.
Qeyd edək ki, film Azərbaycan subtitrləri ilə rus dilində səsləndirilir.

Teatr və kino 2022-12-10 14:22:00