AYİB ölkəmizdə telekommunikasiya infrastrukturunun inkişafına dəstək göstərəcək
Bakı, 8 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktorluğunun Şərq qonşuluğu və institusional quruculuq üzrə direktoru Lourens Mereditin ölkəmizə səfəri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü keçirilib. Görüşdə, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Aİ-nin İqtisadi və İnvestisiya Planı və bu plan çərçivəsində mümkün prioritet layihələrə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Aİ-nin maliyyə mexanizmlərindən istifadə, Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) üzrə əməkdaşlıq, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması kimi məsələlər müzakirə olunub.
Aİ nümayəndəsi ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, Zəngəzur dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə məlumatlandırılıb.
Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının 2023-cü ildə Bakıda keçirilməsinin önəmi qeyd olunub.
Görüşdə, həmçinin regionlarda telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq məsələlərinə toxunulub.
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb
İnformasiya və rabitə sahəsinə xərclənən vəsait açıqlanıb
İnformasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib