×
A
A
A
Sazlamalar

Azərkosmos: Dörd ildə 137 elmi-tədqiqat layihəsi həyata keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Ölkəmizdə məsafədən müşahidə sahəsində peyk xidmətlərinin istifadəsi artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın nəticələrinə həsr olunmuş konfransda deyib.
O bildirib ki, Dövlət Proqramının nəticələrinə əsasən, Azərkosmos tərəfindən peyk təsvirlərindən istifadə etməklə yerli dövlət qurumları və təhsil müəssisələri ilə birgə 137-si elmi-tədqiqat layihəsi olmaqla ümumilikdə 400-dən çox layihə həyata keçirilib.
S.Əsədov qeyd edib ki, Coğrafi İnformasiya Sistemləri sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması və elmi tədqiqatın inkişafı istiqamətində peyk məlumatlarının istifadəsini genişləndirmək məqsədilə artıq Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzi fəaliyyətə başlayıb.

 

İKT 2022-12-01 10:31:00