Azərbaycanlı həkim Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib
Bakı, 30 noyabr, AZƏRTAC
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib.
AZƏRTAC Bakı Sağlamlıq Mərkəzinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Məsud Aşina sözügedən akademiyaya fəxri üzv seçilən ilk azərbaycanlıdır.
Bildirilir ki, akademiyanın fəxri üzvləri arasında türk alim, Nobel mükafatı laureatı Əziz Səncər də var.
ÜST COVID-19-la bağlı dünya səhiyyəsində fövqəladə vəziyyət rejiminin müddətini uzadıb
İnfluenza virusuna qarşı ən yaxşı profilaktika maska və peyvənddir
Uşağa əmzik verilməsinin zərərli cəhətləri
TƏBİB: COVID-19-a yoluxma minimal həddədir
Səhiyyə sahəsində beynəlxalq səviyyəli fövqəladə vəziyyət - 3 il