Nazir: Startaplara dövlət qrantlarının ayrılması onların inkişafına əngəl törədir
Bakı, 29 noyabr, AZƏRTAC
Bu günə kimi Azərbaycanda startapların maliyyələşdirilməsi yalnız dövlət qrantları, bəzi hallarda bankların kredit vəsaitləri, nadir hallarda isə risk götürmək istəyən investorların kiçik həcmli yatırımları hesabına mümkün olurdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Caucasus Ventures” Vençur Fondunun təqdimat mərasimində deyib.
“Dünya təcrübəsi göstərir ki, dövlət qrantlarının verilməsi və bank maliyyələşdirilməsi startapların inkişafına əngəl törətməklə, əksinə pis vərdişlərə gətirib çıxarır”,- deyə nazir vurğulayıb.
O bildirib ki, “Caucasus Ventures” Azərbaycanda dövlət və özəl şirkətlərin bir araya gələrək yaratdığı ilk vençur fonddur: “Bu vençur fond bütün problemləri həll etməsə də, müəyyən irəliləyişə nail olmaq, ekosistemi gücləndirmək və xarici investorların ölkəyə axınına dəstək olmaq üçün mühüm rol oynayacaq".
“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb
“Azersky” peykinin təsvirləri vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır
® Gənc qadınlar “Azercell”in dəstəyi ilə startap qurur
Azərbaycandakı infrastruktur layihələri ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib