×
A
A
A
Sazlamalar

“Lamborghini” superavtomobillərinin tarixindən bəhs edən film nümayiş edilir

Bakı, 25 noyabr, AZƏRTAC

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və İtaliyanın birgə istehsalı olan “Lamborgini: Əfsanə adam” filmi nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, bioqrafiya, idman və dram janrında çəkilmiş filmin rejissoru Robert Moreskodur.
Təqdim olunan film İtalyanın lüks idman avtomobil şirkətinin qurucusu Ferruçço Lamborgininin (Ferruccio Lamborghini) həyat hekayəsidir. Ferruçço karyerasına İkinci Dünya müharibəsindən qalma hərbi texnikadan hazırlanmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə başlayıb. Daha sonra o, “Lamborghini” superavtomobillərinin yaradılması və realizasiyası üzərində çalışır və bu onun həyatının mənasına çevrilir. Filmin süjeti “Lamborghini”nin yaranmasından ən azı 1970-ci illərə - “supercar” ikonası “Lamborghini Countach”ın təqdim olunduğu vaxta qədər olan tarixi əhatə edir.
Rolları Frenk Qrillo, Mira Sorvino, Qabriel Brin və başqaları canlandırır.

Teatr və kino 2022-11-25 11:01:00