KOB mərkəzlərinin təlimindən 4 min qadın sahibkar yararlanıb VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
KOB İnkişaf Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 23-də Bakıda keçirilən "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V forumda deyib.
KOBİA sədri bildirib ki, agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.
Startaplar üçün Azərbaycanın Koreya ilə birgə təlim proqramına qeydiyyat başlayıb
Azərbaycanlı ekspertlər beynəlxalq kibertəhlükəsizlik mərkəzlərində olublar
Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib
Metronun köhnə stansiyalarında avtomatik pandusların quraşdırılması prosesi öyrənilir
AMB: İKZF hesabına verilmiş ipoteka kreditlərinə tələb azalıb