×
A
A
A
Sazlamalar

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşü keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə cari ilin birinci rübünün nəticələri və sektorun inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr aparılıb.

 

İqtisadiyyat 2024-05-08 14:56:00