×
A
A
A
Sazlamalar

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Bakı, 8 may, AZƏRTAC

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.
AZƏRTAC SOCAR-ın cari ilin birinci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatına istinadla xəbər verir ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 10,6 faiz azdır.
Hesabatda bildirilib ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub.
Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 12,6 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton xam neft hasil olunub.

İqtisadiyyat 2024-05-08 14:32:00