×
A
A
A
Sazlamalar

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 65 sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda investorlar üçün münbit şərait yaradılıb.
“Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir. Onlar əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar”, - deyə nazir müavini əlavə edib.
S.Məmmədov qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır: “Bunun nəticəsidir ki, hər iki ölkə nəqliyyat və tranzit sahələrində də əməkdaşlıq edəcək. Biz Bolqarıstan şirkətlərini Qarabağın bərpa olunmasında iştirak etməyə dəvət edirik”.

 

İqtisadiyyat 2024-05-08 14:43:00