×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 3,2 faiz artıb

Bakı, 22 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 9728.7 milyon manat təşkil edib. Bunun da 45,5 faizi (4424.5 milyon manat) heyvandarlıq sahəsinin, 54,5 faizi (5304.2 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.
Yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,1 faiz təşkil edib.
Göstərilən dövrdə yun, barama, taxıl (qarğıdalı ilə), şəkər çuğunduru, tütün və yaşıl çay yarpağı istisna olmaqla, bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.

Kənd təsərrüfatı 2022-11-22 14:41:00