×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 52,5 min hektardan çox sahədə payızlıq səpin aparılıb

Şəki, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 25 min 832 hektarı dən üçün arpa, 26 min 686 hektarı buğda olmaqla, 52 min 518 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Bildirilib ki, bu il rayonda gələn ilin məhsulu üçün 65,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 33,2 min hektarına buğda, 32,1 min hektarına isə arpa səpiləcək. Payızlıq dən bitkilərinin səpini üçün indiyədək təsərrüfatlarda 64,4 min hektar sahədə şum qaldırılıb.
Səpin üçün 13,1 min ton arpa və buğda toxumu tələb olunur. Hazırda toxumçuluq təsərrüfatları, həmçinin Dövlət Toxum Fondu tərəfindən fermerlərə toxum satışı davam etdirilir.

Kənd təsərrüfatı 2022-11-21 17:22:00